Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb

Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib
Maliyyə
1 Avqust , 2017 15:18
Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb
Report

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) iclası keçirilib.

Qurumdan “Report”a verilən məlumata görə, iclasda uçot dərəcəsinin indiki 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.

AMB-nin rəhbərliyi həmçinin faiz dəhlizinin yuxarı və aşağı həddinin dəyişməz (18% və 10%) saxlanılmasına qərar verib. 

Qeyd edək ki, İH-nin növbəti iclası sentyabrın 18-də olacaq. 

Son xəbərlər

Orphus sistemi