Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb

Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb Azərbaycanda törəməsi olan Türkiyənin Zıraat Bankası bu ilin III rübündə, təxminən, 1 milyard lirə (175 milyon ABŞ dollar) xalis mənfəət əldə edib.
Maliyyə
13 Noyabr , 2019 11:27
Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb

Azərbaycanda törəməsi olan Türkiyənin "Zıraat Bankası" bu ilin III rübündə, təxminən, 1 milyard lirə (175 milyon ABŞ dollar) xalis mənfəət əldə edib. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 39% azdır. 

Bu ilin 9 ayında isə Bankın xalis mənfəəti 3,8 milyard lirə (660 milyon dollar) təşkil edib ki, bu da illik müqayisədə 32% azdır. 

Oktyabrın 1-nə "Zıraat Banka"sının kredit portfeli 432 milyard lirə (75 milyard dollar) olub. Bu, ötən il oktyabrın 1-nə nisbətən 14% çoxdur. 

Kreditlərin 310 milyard lirəsi və yaxud 72%-i milli valyutada verilib. Bu isə 1 il əvvəl ilə müqayisədə 19% çoxdur. 

Son xəbərlər

Orphus sistemi