Yuxarı

Azərbaycanda törəməsi olan Gürcüstan bankı 1 milyon lari cərimə ödəyəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Gürcüstan Milli Bankı (GMB) və ölkənin aparıcı bankı "TBC Bank" birgə bəyanat yayıb.

"Report"un məlumatına görə, bəyanatda deyilir ki, “TBC Bank” tənzimləyici qurumla məhkəmə çəkişməsini dayandırır və ona 1 milyon lari (təxminən 377 min ABŞ dolları) cərimə ödəmək barədə öhdəlik götürür. 

Xatırladaq ki, GMB Azərbaycanda törəməsi (TBC Kredit" MMC bank olmayan kredit təşkilatı) olan bankı çirkli pulların yuyulmasında və digər qeyri-qanuni əməllərdə ittiham edirdi

Bəyanatda bildirilir ki, "TBC Bank"ln təsisçiləri  bundan sonra Bankın Müşahidə Şurasında təmsil olunmayacaqlar. “TBC Bank” 9isə korporativ idarəetmənin yaxşılaşdırılması üçün GMB ilə işləməyə davam edəcək.

"Bu "TBC Bank"ın fəaliyyətinin şəfafflaşdırılmasına kömək edəcək və investorların ona etibarını artıracaq, ümumilikdə ölkənin bank sektorunun inkişafına müsbət təsir göstərəcək. Bank ölkədə və regionda mühüm, dayanıqlı maliyyə qurumlarından biridir, indiyə qədər yüksək səviyyəli idarəetməyə və müstəqil Müşahidə Şurasına malik olub.  üzvləri ilə təmsil olunub. Kredit təşkilatı GMB-nin müəyyən etdiyi standartlara və normalara tam cavab verir", - deyə bəyanat qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi