Yuxarı
    Bağlamaq

    Azərbaycanda təqaüdçülərə kreditlərin verilməsi dayandırılıb

    Kreditləşmənin nə vaxt bərpa olunacağı məlum deyil

    Bakı. 22 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi müvəqqəti dayandırılıb. Palatadan "Report"a bildirilib ki, kredit verilişinin nə vaxt bərpa olunacağı hələ dəqiq deyil, bu istqamətdə araşdırmalar aparılır.

    "Sədr bankların nümayəndələri ilə görüşüb. Görüşdə nümayəndələrin səsləndirdiyi aktual problemlər müzakirə olunub. Müzakirədə təqaüdçülərlə bağlı məsələ də qaldırılıb. Palata da bütün sosial dəyərləri nəzərə alaraq təqaüdçülərə kreditlərin verilməsini müyyən müddətə dayandırıb", - deyə Palatadan bildirilib.

    Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi