Yuxarı
    Bağlamaq

    Azərbaycanda sürətli pulköçürmələrin həcmi azalır

    Ölkədəki banklara pulköçürmə sistemləri ilə daxilolmlar illik müqayisədə 27% azalıb

    Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda sürətli pulköçürmə sistemləri ilə kommersiya banklarına daxilolmlar aylıq müqayisədə 6,2% artaraq 2015-ci ilin mart ayında 84,2 mln. manata çatıb.

    "Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə əksinə, azalma müşahidə olunub. Banka daxilolmalar ötən ilin dövrü ilə müqayisədə isə 26,7% azalıb.

    Hesabata əsasən, bankdan kənara köçürmələr isə fevrala nisbətən 14,3%, ötən ilin müvafiüq dövrü ilə müqayisədə isə 7,9% azalaraq martda 60,6 mln. manat təşkil edib.

    Cari ilin mart ayında banklara daxilolmalar üzrə bir ödənişin orta məbləği 526,9 manat təşkil edib ki, bu da illik müqayisədə 8,4% azdır.

    Bu müddətdə sürətli köçürmə sistemləri ilə bankdan kənara köçürmələr üzrə bir ödənişin orta aylıq məbləği 626,9 manatdan 616,6 manata düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi