​Azərbaycanda süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib

​Azərbaycanda süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək
Maliyyə
22 Fevral , 2015 16:56
​Azərbaycanda süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib

Bakı. 22 fevral. REPORT.AZ/ Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) istinadən xəbər verir ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib.

Məlumata görə, aşkar edilmiş faktlarla bağlı nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi