Yuxarı

Azərbaycanda sığorta şirkətlərindən 18-də yığım azalıb

Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, şirkət 9 ayda 48,25 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 42,6 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 35,3 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (30,2 mln. manat) və “Azərsığorta” (29,3 mln. manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 54,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 185,6 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (849 min manat), “Amrah Sığorta” (666 min manat), “Azərqarant” (203 min manat), fəaliyyətini ötən ay bərpa etmiş “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (56 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,84 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin noyabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 40 mln. manatdan çox, 2 şirkətdə 30 mln. manatdan çox, 2 şirkətdə 20 mln. manatdan çox, 5 şirkətdə 10 mln. manatdan çox, 4 şirkətdə 5-10 mln. manat arasında, 6 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

9 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 21,7 mln. manat. Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 16,3 mln. manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 11,5 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (10,3 mln. manat) və “Azərsığorta” (9,3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,3%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 69,2 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat), “İpək Yolu Sığorta” (40 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 3-də 10 mln. manatdan çox, 6-da 5 mln. manatdan çox, 9-da 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 2 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi