Azərbaycanda siyasi partiyaların əksəriyyəti auditdən keçməyib

Azərbaycanda siyasi partiyaların əksəriyyəti auditdən keçməyib Bakı. 1 may. REPORT.AZ/ 2017-ci il üzrə 67 507 məcburi audit obyektindən 2134-ü (3,2%-i) auditdən keçib.
Maliyyə
1 May , 2018 16:16
Azərbaycanda siyasi partiyaların əksəriyyəti auditdən keçməyib

Bakı. 1 may. REPORT.AZ/ 2017-ci il üzrə 67 507 məcburi audit obyektindən 2134-ü (3,2%-i) auditdən keçib.

“Report” bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

2016-2017-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilmiş auditor xidmətlərinin təhlili nəticəsində müəyyən edilib ki, 2016-cı il ərzində respublika üzrə 67 507 məcburi audit obyektindən 1507-si (2,2%-i), 2017-ci ildə isə 2134-ü (3,2%-i) auditdən keçib. 2016-2017-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 1,0% artım müşahidə edilib.

Məcburi auditdən keçməli olan 1546 səhmdar cəmiyyətindən 231-i və ya 14,9%-i, 64 246 MMC-dən 569 və ya 0,9%-i, 1608 bələdiyyədən 1265 və ya 78,7%-i, 55 siyasi partiyanın 17-si və ya 30,9%-i, 30 bankın və 22 sığorta təşkilatının hamısı auditdən keçib.

Beləliklə, məcburi audit subyektlərində auditdən keçənlərin xüsusi çəkisi səhmdar cəmiyyətləri üzrə 16,2%-dən 14,9%-ə qədər azalıb, məsulliyətli cəmiyyətləri üzrə 0,8%-dən 0,9%-ə qədər artıb, bələdiyyələr üzrə 41,1%-dən 78,7%-ə qədər artıb, siyasi partiyalar üzrə 21,8%-dən 30,9%-ə qədər artıb.

Son xəbərlər

Orphus sistemi