Azərbaycanda sığortanın inkişafı üzrə tədbirlər planı hazırlanacaq

Azərbaycanda sığortanın inkişafı üzrə tədbirlər planı hazırlanacaq Sığorta penetrasiyasının 1,4%-ə çatması hədəflənir
Maliyyə
15 Dekabr , 2016 12:17
Azərbaycanda sığortanın inkişafı üzrə tədbirlər planı hazırlanacaq

Bakı. 15 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsi üzrə aidiyyəti qurumların iştirakı ilə işçi qrupları yaradacaq. "Report" bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.

İşçi qrupları tərəfindən cari vəziyyətin diaqnostikası aparılaraq, qabaqcıl beynəlxalq təcrübə araşdırılmaqla, hər bir sığorta sahəsi üzrə hüquqi, tənzimləyici və institusional çərçivənin formalaşdırılması istiqamətində görüləcək işlər və hər bir sığorta sahəsi üçün əməliyyat modeli müəyyənləşdiriləcək.

Hər bir sığorta sahəsinin inkişafı üzrə tədbirlər planı hazırlanacaq və icrasına başlanılacaq. İşçi qrupu müəyyən edilmiş təşəbbüslərə uyğun olaraq sektorun inkişaf səviyyəsini müntəzəm şəkildə qiymətləndirəcək. Bundan əlavə, sığorta sektorunda əlavə sahələrə diqqət yetirilməsi imkanlarını, eləcə də sığorta siyasətindəki zəruri dəyişiklikləri davamlı şəkildə qiymətləndirəcək.

Yeni sığorta xidmətlərinin yaradılması maliyyə vasitəçiliyinin dərinləşməsinə və inklüzivliyin artmasına təkan verəcək. Kənd təsərrüfatı sektorunda risklərin sığortalanması maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək və sektorun artımını dəstəkləyəcək. Sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4%-ə çatması hədəflənir. Sığorta bazarının inkişafı üzrə tədbirlər nərticəsində 1 600 yeni iş yerinin yaradılması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi