Yuxarı
    Bağlamaq

    Azərbaycanda sığortalıların reyestri yaradılacaq

    Bu məsələ sığorta bazarı ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi reallaşdırılacaq

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda sığorta şirkətlərinin xidmətindən istifadə edən ölkə vətəndaşlarının məlumat bazasının yaradılması planlaşdırılır. 

    “Report”un əldə etdiyi məlumata görə, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi reallaşdırılacaq.

    Sığortalıların reyestrinin yaradılmasında məqsəd sığorta hadisəsi nisbətən az və yaxud çox baş vermiş müştərilər arasında fərq qoyulması, onların ödədiyi sığorta haqqının məbləğini buna uyğun müəyyən edilməsidir (differensiallaşmasıdır).

    “Sığortalıların reyestri hazırda bankların istifadə etdiyi Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) oxşar olacaq. Yəni, sığorta şirkətləri hansısa müştəri ilə müqavilə bağlamazdan əvvəl onun nə dərəcədə məsuliyyətli müştəri olması, başqa sığorta şirkətlərini nə qədər xərcə salması barədə məlumatları əldə edəcəklər və buna uyğun olaraq ondan sığorta haqqı alacaqlar. Hazırda avtomobillərin icbari sığortasında belə bir reyestr var, "Bonus-Malus" sistemi formasında tətbiq olunur. Yaradılacaq reyestr isə digər sığorta növlərində, məsələn, kasko sığorta, daşınmaz əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasında da məsuliyyətli və məsuliyyətsiz müştərilərə fərqli yanaşmanı təmin edəcək” - Palatadan bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi