Yuxarı
    Bağlamaq

    Azərbaycanda sığortaçıların davranış məcəlləsi hazırlanır

    İlkin təkliflərin iki həftə sonra müzakirə olunacağı gözlənilir

    Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq Komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nında nəzərdə tutulmuş şikayət proseduraları, sığortaçılar və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması, həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlara və Mülki Məcəllənin 50-ci fəslinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması məsələləri müzakirə olunub.

    "Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, müzakirələr nəticəsində şikayət proseduraları, həmçinin sığortaçılar və sığorta vasitəçilərinin davranış məcəlləsinin hazırlanması ilə bağlı Komitəyə üzv olan sığorta şirkətləri nümayəndələrindən ibarət işçi qruplarının yaradılması qərara alınıb, işçi qruplarına beynəlxalq və yerli təcrübə əsasında 10 gün müddətində sözügedən mövzulara dair təkliflər hazırlayaraq Komitəyə təqdim etmələri tapşırılıb.

    İclasda həmçinin “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında” qanunlara və Mülki Məcəllənin 50-ci fəslinə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin 1 həftə müddətində hazırlanaraq təqdim edilməsi qərarı qəbul olunub.

    Qeyd edək ki, qəbul olunan qərarlar əsasında görüləcək işlər ASA-nın Hüquq Komitəsinin 2 həftə sonra təşkil olunacaq iclasında yenidən müzakirə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi