​Azərbaycanda sığorta şirkətlərinin kapitalı ilə bağlı minimal tələbin artırılması gözlənilmir

​Azərbaycanda sığorta şirkətlərinin kapitalı ilə bağlı minimal tələbin artırılması gözlənilmir Maliyyə naziri Samir Şərifov: "Hazırda 4-5 sığorta şirkəti istisna olmaqla, qalanları sağlam şirkətlərdir"
Maliyyə
9 Dekabr , 2014 18:37
​Azərbaycanda sığorta şirkətlərinin kapitalı ilə bağlı minimal tələbin artırılması gözlənilmir
Bakı. 9 dekabr. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalı ilə bağlı minimal tələbin artırılması gözlənilmir. "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"Artıq bu sahədə lazımi addımlar atılıb. Yaxın gələcəkdə kapital tələblərində dəyişiklik gözlənilmir", - deyə nazir bildirib.

S.Şərifov qeyd edib ki, Azərbaycanın sığorta bazarında konsolidasiya müşahidə olunur: "Son 4-5 ildə müsbət dəyişikliklər baş verib. Bazar xeyli konsolidasiya olunub. Fəaliyyyətsiz, riskli əməliyyatlarla məşğul olan şirkətlər bazardan uzaqlaşdırılıb. Hazırda 4-5 sığorta şirkəti istisna olmaqla, qalanları sağlam şirkətlərdir".

Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi