Yuxarı

Azərbaycanda sığorta şikayətləri ilə bağlı yeni sayt hazırlanır

İcbari sığorta polislərinin elektron formada verilməsi təklifi isə ilin sonunadək təsdiqlənə bilər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda icbari avtosığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığortası sahəsində polislərin elektron şəkildə verilməsi ilə bağlı təkliflər artıq parlamentə göndərilib. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib: "Düşünürəm ki, ilin sonuna qədər müvafiq təkliflər qəbul olunacaq".

Qeyd edək ki, bununla bağlı "İcbari sığortalar haqqında" qanuna müvafiq əlavələrin edilməsi nəzərdə tutulub.

N.Xəlilov, həmçinin ilin sonuna qədər sığorta şikayətləri ilə bağlı yeni veb-saytın hazırlanacağını da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi