Azərbaycanda səfər sığortası üzrə iri ödənişlər həyata keçirilib

Azərbaycanda səfər sığortası üzrə iri ödənişlər həyata keçirilib Bakı. 15 fevral. REPORT.AZ/ “Atəşgah Sığorta ASC 2018-ci ilin II yarısında səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.
Maliyyə
15 Fevral , 2019 12:38
Azərbaycanda səfər sığortası üzrə iri ödənişlər həyata keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ “Atəşgah Sığorta" ASC 2018-ci ilin II yarısında səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, şirkətin 6 ay ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən böyük ödənişin məbləği 23 443,4 manat təşkil edib. Sığorta olunan Türkiyədə səfərdə olarkən aquaparkda yıxılaraq onurğa sümüyünü sındırıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də gediş-dönüş sənədində nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədiyi üçün vətənə xüsusi şəraitdə (xərək və ailə üzvünün müşayiəti ilə) geri qayıtmasına çəkilən xərclər ödənilib.

“Atəşgah Sığorta"nın səfər sığortası üzrə həyata keçirdiyi 2-ci iri ödənişin məbləği 7 427,3 manat təşkil edib. Sığorta olunan Türkiyəyə etdiyi səfərin son günü geri qayıdarkən hava limanında yıxılıb və nəticədə ayaq sümüyü sınıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də vaxtında səfərdən geri qayıda bilmədiyi üçün vətənə geri qayıtmasına çəkilən xərclər ödənilib. Hadisə ilə əlaqədar həmçinin, sığorta olunanla birlikdə səfər edən ailə üzvlərinin nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədikləri üçün vətənə geri qayıtmalarına çəkilən xərclər ödənilib.

Şirkət tərəfindən səyahət sığortası üzrə ödənilən növbəti iri məbləğ 6 510,78 manat olub. Sığorta olunan İsveçrədə səfərdə olduğu zaman səhhətində yaranan kardioloji şikayətlər səbəbindən tibb müəssisəsinə aparılıb.Sığorta olunanın terapevtik müalicəsinə çəkilmiş xərcləri sığortaçı ödəyib. 

Ümumilikdə 2018-ci ildə “Atəşgah Sığorta"nın səfər sığortası üzrə ödənişlərinin ümumi həcmi 500 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi