​Azərbaycanda regionların kreditləşməsi 50% artıb

​Azərbaycanda regionların kreditləşməsi 50% artıb Regionların kreditləşməsində artım dinamikası paytaxt göstəricisini 3 dəfə üstələyib
Maliyyə
18 Fevral , 2015 11:57
​Azərbaycanda regionların kreditləşməsi 50% artıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda maliyyə kredit təşkilatları tərəfindən regionların kreditləşməsi davam etdirilib. Hesabat ilində regionların kreditləşməsi 49,80% artaraq 2015-ci il yanvarın 1-nə 3,146 mlrd. manata çatıb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, regionlara kredit qoyuluşunun 143 mln. manatı Quba-Xaçmaz, 1,106 mlrd. manatı Aran, 609 mln. manatı Abşeron, 427 mln. manatı Gəncə-Qazax, 328 mln. manatı Lənkəran, 130 mln. manatı Dağlıq Şirvan, 172 mln. manatı Şəki-Zaqatala, 115 mln. manatı Naxçıvan, 84 mln. manatı Yuxarı Qarabağ, 33 mln. manatı Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə olub.

Qeyd edək ki, hesabata əsasən, cari ilin əvvəlinə iqtisadiyyata məcmu kredit qoyuluşu 18,5 mlrd. manat, kreditlər üzrə orta faiz dərəcəsi 13,7% təşkil edib. Məcmu kreditlərin 5,3%-nin və ya 976,3 mln. manatının ödəniş vaxtı keçib.

Cari il yanvarın 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 83,03%-i və ya 15,396 mlrd. manatı Bakı şəhərinin payına düşüb. Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 12,3% təşkil edib. Bakı şəhəri üzrə kreditlərin həcmində illik 15,57% artım müşahidə olunub. Kredit faizlərində isə orta hesabla 1 faiz bəndi azalma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi