Yuxarı

Azərbaycanda qızıl hasilatı azalıb, gümüş artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 115,9 kq qızıl hasil olunub

Bakı. 13 avqust.REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 115,9 kq qızıl hasil olunub.

"Report"un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8% azalma deməkdir. Cari il avqustun 1-nə 17,8 kq hazır məhsul ehtiyatı yaradılıb.

DSK-nın məlumatına əsasən, bu müddətdə gümüş hasilatı isə 4,1 dəfə artaraq 220,1 kq təşkil edib. Hazır məhsul ehtiyatı 15,0 kq olub.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi