Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 2,4 dəfə artıb

Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 2,4 dəfə artıb Bakı. 30 iyul. REPORT.AZ/ 2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib.
Maliyyə
30 İyul , 2018 17:15
Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 2,4 dəfə artıb

Bakı. 30 iyul. REPORT.AZ/ 2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib.

“Report”un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Əməliyyatların 52,2%-i (6 499 mln. manat) ilkin bazarda, 47,8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

Son xəbərlər

Orphus sistemi