Yuxarı
    Bağlamaq

    Azərbaycanda Qiymətləndirmə Palatası yaradılacaq

    Bu məsələyə Nazirlər Kabinetində baxılıb və layihə ölkə prezidentinə təqdim edilib

    Bakı.15 noyabr. REPORT.AZ/ Azərbaycanda Qiymətləndirmə Palatası yaradılacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Xanhüseyn Kazımlı rəhbərlik etdiyi qurumun bu gün keçirilən hesabat-seçki konfransındakı çıxışında bildirib.

    Onun sözlərinə görə, bu məsələyə Nazirlər Kabinetində baxılıb və layihə ölkə prezidentinə təqdim edilib. 

    AQC rəhbəri onu da deyib ki,  "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməlidir: "Mən bu məsələnin parlamentdə qısa müddətdə müzakirə olunması üçün çalışmışam".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi