​Azərbaycanda qeyri-neft sektoruna investisiyalar azalıb

​Azərbaycanda qeyri-neft sektoruna investisiyalar azalıb Xarici sərmayələrin ölkəyə axını son bir ildə 46% artıb
Maliyyə
28 Avqust , 2015 12:46
​Azərbaycanda qeyri-neft sektoruna investisiyalar azalıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanda qeyri-neft sektoruna investisiyların həcmi illik müqayisədə 6,8% azalaraq cari ilin ilk yeddi ayı ərzində 5 242,9 mln. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin 715,7 mln. manatı (ümumi sərmayənin 7,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 55,4%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Hesabat dövründə neft sektoruna investisiyaların həcmində isə əksinə artım müşahidə olunub. Bu sektora investisiyalar illik 19,5% artaraq 4 125,6 mln. manata çatıb.

Statistikaya əsasən, bu müddətdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu illik 3,2% artraq 9 368,5 mln. manat təşkil edib. Cəmi investisiyaların 3 874,5 mln. manatı xarici investisiyaların payına düşüb. Bildirək ki, ölkəyə xarici investisiyaların axınında illik 46,4% artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi