Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 30% artıb

Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 30% artıb Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 1 824,7 mln. manat vəsait yönəldilib.
Maliyyə
16 Mart , 2018 10:58
Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 30% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 1 824,7 mln. manat vəsait yönəldilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu vəsaitin 816,2 mln. manatı və yaxud 44,7%-i qeyri-neft sektoruna sərf edilib.

Hesabat dövründə bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8% artıb. Ümumi sərmayənin 74,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 79,3%-I məhsul istehsalı obyektlərinin, 14,8%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1%, bank kreditləri 10,9%, büdcə vəsaitləri 15%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,5%, sair vəsaitlər isə 0,1% təşkil edib.

2018-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, bunlardan əlavə Naxçıvan MR-da 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi