Azərbaycanda qeyri-həyat icbari sığorta bazarı 17% artıb

Azərbaycanda qeyri-həyat icbari sığorta bazarı 17% artıb Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası isə ötən il azalıb
Maliyyə
5 Yanvar , 2016 15:27
Azərbaycanda qeyri-həyat icbari sığorta bazarı 17% artıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4 580 sığorta müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının ümumi həcmi 330 240 manat təşkil edib.

"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, 2014-cü illə müqayisədə sığorta müqavilələrinin sayında 6,9% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilib.

Bağlanmış sığorta müqavilələrinin 3 555-i hüquqi şəxslərə, 1 025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.

Qeyd edək ki, İSB-nin iştirakçısı olan sığorta şirkətləri tərəfindən 2015-ci il ərzində qeyri-həyat icbari sığorta növləri üzrə ümumilikdə 1,1 mln.-a yaxın sığorta müqaviləsi bağlanıb. Sığorta müqavilələri üzrə toplanmış sığorta haqları isə cəmi 101 643 527 manat olub. Əvvəlki illə müqayisədə bağlanmış icbari sığorta müqavilələrinin sayında 0,9% azalma müşahidə edilsə də, sığorta haqlarının məbləğində 16,7% artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi