​Azərbaycanda qeyri-bank kredit təşkilatlarının aktivləri 29% artıb

​Azərbaycanda qeyri-bank kredit təşkilatlarının aktivləri 29% artıb Beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları daha yüksək artım tempi nümayiş etdirib
Maliyyə
21 May , 2015 14:14
​Azərbaycanda qeyri-bank kredit təşkilatlarının aktivləri 29% artıb

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarıın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,4% artaraq 2015-ci il aprelin 1-nə 713,11 mln. manata çatıb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, aktivlərin 69,89 mln. manatı kredit ittifaqları, 613,56 mln. manatı beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları, 29,66 mln. manatı digər kredit təşkilatlarının payına düşüb. Müvafiq olaraq illik müqayisədə bu təşkilatların aktivləri 26,8%, 32,2% artıb və 7,1% azalıb.

Bu müddətdə qeyri-bank təşkilatlarının nizamnamə kapitalı ümumilikdə 8,5% artaraq 91,6 mln. manata çatıb. O cümlədən, kredit ittifaqlarının nizamnamə kapitalı 25,2% artaraq 27,9 mln. manat, beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkiları üzrə 17,4% artaraq 51,0 mln. manat, digər bank olmayan kredit təşkilatları üzrə isə 32,0% azalaraq 12,7 mln. manat təşkil edib.

Hesabata əsasən, bank olmayan kredit təşkilatlarının filiallarının ümumi sayı 224-ə çatıb ki, bunun da 212-si beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları,12-si digər qeyri-bank təşkilatlarının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi