Azərbaycanda qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

Azərbaycanda qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır İstiqrazlar üzrə illik gəlirlik 15%-dir
Maliyyə
13 Fevral , 2015 12:53
Azərbaycanda qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Finoko BOKT” ASC -nin faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

"Report"un Bakı Fond Birjasına (BFB) istinadən verdiyi xəbərə görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-da həyata keçiriləcək.

Emissiyanın məcmu həcmi bir istiqrazın nominal dəyəri 1 min ABŞ dolları olmaqla 750 min dollar təşkil edir. İstiqrazlar üzrə illik gəlirlik 15% təşkil edir, istiqrazların tədavül müddəti 3 ildir.

Emissiyanın yerləşdirilməsində anderrayeteri qismində "Unicapital" ASC çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi