Azərbaycanda qeyri-bank kredit təşkilatlarından birinin sahibi dəyişib

Azərbaycanda qeyri-bank kredit təşkilatlarından birinin sahibi dəyişib Bu barədə BOKT-un İdarə Heyətinin sədri məlumat verib
Maliyyə
1 Noyabr , 2016 09:38
Azərbaycanda qeyri-bank kredit təşkilatlarından birinin sahibi dəyişib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) 100% səhmdarı olan Emil Məhəmməd oğlu Məmmədov payını 2 fiziki şəxsə satıb. Bu barədə "Report"a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib.

Bununla belə, o, rəhbərlik etdiyi maliyyə qurumunun yeni səhmdarlarının adlarını açıqlamayıb: "Sadəcə, deyə bilərəm ki, BOKT-un hər birinin nominal dəyəri 1 000 manat olan 500 səhmi bu iki şəxs arasında bərabər bölünüb".

Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi