Azərbaycanda qeyri-bank kredit təşkilatları kreditləşməni artırıb

Azərbaycanda qeyri-bank kredit təşkilatları kreditləşməni artırıb Qeyri-bank kredit təşkilatlarının məcmu kreditləşmədə payı isə azalıb
Maliyyə
1 İyun , 2015 08:23
Azərbaycanda qeyri-bank kredit təşkilatları kreditləşməni artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi illik müqayisədə 20,95% artaraq 2015-ci il aprelin 1-nə 559,5 mln. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə qeyri-bank kredit təşkilatlarının məcmu kredit qoyuluşlarında xüsusu çəkisi 2,9%-dən 2,7%-ə düşüb. İlin əvvəlindən isə qeyri-bank kredit təşkilatları kreditləşməni 6,53% artırıb.

Qeyd edək ki, iqtisadiyyata kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,85% artaraq cari ilin aprelin 1-nə 20,6 mlrd. manat təşkil edib.

Azərbaycanda aprel ayının 1-nə kredit təşkilatlarının vaxtı keçmiş kreditləri ümumi kreditlərin 5,9%-ni təşkil edib. Bu göstərici martın 1-də 5,5%-ə bərabər olub. Ümumilikdə isə problemli kreditlərin artımı 7% təşkil edib. İlin əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 5,2%, keçən ilin müvafiq dövründə isə 5,4% olub.

Son xəbərlər

Orphus sistemi