Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 3 illik minimuma düşüb

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 3 illik minimuma düşüb Cəmi kredit qoyuluşlarında qeyri-bank kredit təşkilatlarının payı 2,7%-ə enib
Maliyyə
17 Aprel , 2017 16:46
Azərbaycanda qeyri-bank kredit təşkilatlarının kredit portfeli 3 illik minimuma düşüb

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycanda qeyri-bank kredit təşkilatlarının məcmu kredit qoyuluşları 2017-ci il yanvarın 1-nə 454,4 mln. manat təşkil edib. Bu da aylıq müqayisədə 19 mln. manat və ya 4% azdır.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Qeyri-bank kredit təşkilatları kreditləşməni ötən ilin son rübündə dayandırıb və beləliklə də kredit portfeli 473,4 mln. manat səviyyəsində qalıb. 

Qeyd edək ki, qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşları 3 illik minimuma düşüb. Belə ki, bank olmayan kredit təşkilatlarının kredit qoyuluşları 2013-cü ilin sonunda 433,1 mln. manat, 2014-cü ilin birinci rübündə 462,6 mln. manat təşkil edib.

Hesabata əsasən, ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşlarında qeyri-bank kredit təşkilatlarının xüsusi çəkisi də azalaraq 2,7%-ə enib.

Son xəbərlər

Orphus sistemi