Azərbaycanda qədim dövlət tarixi-memarlıq abidələrinin sığortalanması təklif olunur

Azərbaycanda qədim dövlət tarixi-memarlıq abidələrinin sığortalanması təklif olunur Palata bununla büdcə vəsaitlərinin səmərəli xərclənəcəyi qənaətindədir
Maliyyə
2 Dekabr , 2016 10:33
Azərbaycanda qədim dövlət tarixi-memarlıq abidələrinin sığortalanması təklif olunur

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan hökumətinə daha qədim dövlət tarixi-memarlıq abidələrinin sığortalanması təklif edilir. "Report" bu barədə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Palata bununla büdcə vəsaitlərinin səmərəli xərclənəcəyi qənaətindədir. Dövlət əmlakının sığortalanması ilə bağlı təklifində Palata “dövlət əmlakının sığortalanması ilə bağlı ayrılmış vəsaitin səmərəli istifadəsini təmin etmək məqsədilə daha qədim, uzunömürlü, tarixi-memarlıq baxımından əhəmiyyətli olan, həmçinin daha çox riskə məruz qalma ehtimalı olan (seysmik cəhətdən aktiv regionlarda, sel sularının ziyan vura biləcəyi ərazilərdə və s.) bina və tikililərin ilk növbədə sığortalanmasını, eyni zamanda, büdcə vəsaitlərinin səmərəli və nəticəli istifadəsini təmin etmək üçün daşınmaz əmlakın sığortalanmasının ölkədə fəaliyyət göstərən və müvafiq əməliyyatların aparılması üçün lisenziyası olan şirkətlərin cəlb olunması və mövcud satınalma metodları tətbiq edilməsini” məqsədəuyğun hesab edir.

Qeyd edək ki, qanun layihəsində növbəti ildə bu məqsədlər üçün 11 mln. manat vəsait nəzərdə tutulub.

Xatırladaq ki, Palata özünün formalaşmış məlumat bazası və həyata keçirdiyi nəzarət tədbirlərinə əsaslanmaqla 27 təklif irəli sürüb.

Son xəbərlər

Orphus sistemi