Yuxarı

Azərbaycanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitin istifadəsi yoxlanılıb

Audit tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, iclasda dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə olunub.

Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan istifadəedənlər birliklərinin inkişafına dəstək Layihəsi" üzrə vəsaitlərdən istifadəsinə dair audit, rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə dair təhlilin nəticələri müzakirə mövzularından olub.

Eyni zamanda, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlilin nəticəsi dinlənilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi