Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda pul bazası 7% artıb

    Məcburi ehtiyyatların həcmi isə 20% azalıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda mövcud pul bazasının ümumi həcmi 2014-cü il dekabrın 1-nə 11 601,1 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

    Azərbaycan Mərkəzi Bankından "Report"a bildirilib ki, pul bazasının strukturunda 99,3% və ya 11519,7 mln. manat manatla pul bazasının payına düşüb ki, bu da illik müqayisədə 6,8% çoxdur. Son bir ildə dövriyyədə olan nağd pulların həcmi 5,6% artaraq dekabrın 1-nə 10 955,7 mln. manata çatıb.

    Eyni zamanda bildirilir ki, bank ehtiyyatlarının həcmi ötən bir ildə 25,5% artıb və 627,7 mln. manat təşkil edib. Sərbəst bank ehtiyyatları dekabrın 1-nə 512,6 mln. manat, məcburi ehtiyyatlar isə 115,1 mln. manat olub və bu, 2013-cü ilin dekabrın 1-nə nisbətən müvafiq olaraq 43,8% çox və 19,9% azdır.

    Qeyd edək ki, Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 94,4% təşkil edib. Son bir ildə bu göstərici 0,8 faiz bəndi azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi