Yuxarı

​Azərbaycanda pul bazası son bir ildə 7% artıb

İlin əvvəlindən isə bu göstərici 1% azalıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2014-cü il dekabrın 1-nə 11 519,7 mln. manat təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% və ya 732 mln. manat çoxdur. Maraqlıdır ki, cari ilin əvvəlindən bu göstərici 1% azalıb. Ən yüksək göstərici isə sentyabrın 1-də (11,743 mlrd. manat) qeydə alınıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi