​Azərbaycanda pul bazası son bir ayda 2% azalıb

​Azərbaycanda pul bazası son bir ayda 2% azalıb Cari ilin əvvəlindən isə ümumi azalma 34%-i üstələyib
Maliyyə
7 Avqust , 2015 16:19
​Azərbaycanda pul bazası son bir ayda 2% azalıb

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanda pul bazasının ümumi həcmi cari ilin iyulun 1-nə 7 806 mln. manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 177,7 mln. manat və ya 2,2% azdır.

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, bu il yalnız bir dəfə, may ayında artan pul bazası yenidən mənfi dinamika nümayiş edib.

Xatırladaq ki, pul bazasında azalma (may ayı nəzərə alınmadan) bu il mütəmadi olaraq baş verib və ilin əvvəlindən iyulun 1-nə qədər ümumi azalma 4 060,9 mln. manat və ya 34,2% təşkil edib.

Son xəbərlər

Orphus sistemi