Yuxarı

Azərbaycanda pul bazası ötən ilə nisbətən artıb

Sentyabrın 1-nə Azərbaycanda pul bazasının həcmi 7 412,2 mln. manat təşkil edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin avqust ayı ərzində 225,9 mln. manat və ya 2,96% azalaraq sentyabrın 1-nə 7 412,2 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ilin əvvəlindən bəri qeydə alınan ücüncü aylıq azalmadır (bundan əvvəl yanvarda və iyulda qeydə alınıb).

Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1060,1 mln. manat və ya 16,69% artıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə 7 641,6 mln. manat, iyulun 1-nə 7 689,4 mln. manat, avqustun 1-nə isə 7 638,1 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi