Azərbaycanda PSA sazişləri üzrə büdcə daxilolmaları açıqlanıb

Azərbaycanda PSA sazişləri üzrə büdcə daxilolmaları açıqlanıb Gəlir vergisi üzrə daxilolmalar 2013-cü illə müqayisədə 25%, 2014-cü ilə nisbətən isə 16% artıb
Maliyyə
28 May , 2016 17:26
Azərbaycanda PSA sazişləri üzrə büdcə daxilolmaları açıqlanıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi üzrə daxilolmalar 293 186,6 min manat təşkil edib. Bu, 2013-cü illə müqayisədə 24,5%, 2014-cü illə müqayisədə isə 16% çoxdur. Bununla yanaşı, 2015-ci ilin müvafiq proqnozunun 2,5% kəsirlə icra olunduğu qeyd edilir.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd edilib.

PSA sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda fiziki şəxslərin muzdlu işlə əlaqədar olmayan gəlirlərdən gəlir vergisi üzrə daxilolmalar 2013-cü illə müqayisədə 2,7% çox, 2014-cü ilə nisbətən isə 8% az olub, 2015-ci ilin proqnozu isə 6,4% kəsirlə icra edilib.

Ötən il ərzində PSA üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə proqnoz 87% səviyyəsində icra olunub və 695 879,0 min manat məbləğində vəsait daxil olub ki, bu da 2013-cü illə müqayisədə 51,1%, 2014-cü illə müqayisədə 37,2% azdır.

PSA üzrə hesabat dövründə xarici subpodratçı tərəflərin mənfəət vergisi üzrə müəyyən edilmiş 180 000,0 min manat məbləğində proqnoza qarşı icra 192 818,7 min manat və ya 7,1% artıq təşkil edib. Bu da 2013-cü ilə nisbətən 20%, 2014-cü ilə nisbətən isə 41,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi