Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelində payı 15%-ə yaxınlaşır

Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelində payı 15%-ə yaxınlaşır Vaxtı keçmiş kreditlər bu il sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib
Maliyyə
9 Oktyabr , 2017 16:26
Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelində payı 15%-ə yaxınlaşır

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlər bu il sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 11,2 mln. manat və yaxud 0,62% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat və yaxud 23,86%, son 1 ildə isə 231,1 mln. manat və yaxud 14,51% artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74% olub. Bu nisbət iyulun sonunda 14,1%, ötən ilin sonunda 8,95%, ötən il avqustun sonunda isə 9,46% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi