Azərbaycanda problemli kreditlərin payı 9%-ə çatıb

Azərbaycanda problemli kreditlərin payı 9%-ə çatıb Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb
Maliyyə
9 Sentyabr , 2016 17:12
Azərbaycanda problemli kreditlərin payı 9%-ə çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2016-cı il avqustun 1-nə 1 504,4 mln. manat təşkil edib. 

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,3% və yaxud 35,4 mln. manat azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 0,3% azalıb, illik müqayisədə isə 16,2% artıb.

İyulun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9% olub. Bu nisbət iyunun sonunda 8,4%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,4% olub.

Son xəbərlər

Orphus sistemi