Yuxarı

Azərbaycanda problemli kreditlərin həcmi yeni tarixi rekord müəyyənləşdirib

Vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 19% artıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.

Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin avqust ayının sonunda isə 6,6% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi