Azərbaycanda problemli kreditlərin həcmi artıb

Azərbaycanda problemli kreditlərin həcmi artıb Problemli kreditlərin həcmində illik 24% artım müşahidə edilib
Maliyyə
7 Yanvar , 2015 11:30
Azərbaycanda problemli kreditlərin həcmi artıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycandakı maliyyə-kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi illik müqayisədə 19% artaraq 2014-cü il dekabrın 1-nə 18,152 mlrd. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, kreditlərin 981,5 mln. manatının və ya 5,4%-nin ödəniş vaxtı keçib. Beləliklə, məcmu kreditlərdə problemli kreditlərin xüsusi çəkisi illik 0,2 faiz bəndi artıb. Hesabata əsasən, ölkədə problemli kreditlərin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 186,5 mln. manat və ya 23,5% artım müşahidə edilib.

Bildirək ki, ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşunun 7,528 mlrd. manatı və ya 41,5%-i ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. İstehlak kreditlərinin məcmu kreditlərdə xüsusi çəkisi əvvəlki illə müqayisədə 1,9 faiz bəndi artıb. Bu isə 2012-2013-cü ilin eyni dövrünün artım dinamikasından 1,5 faiz bəndi aşağıdır.

Ümumiyyətlə, istehlak kreditləşməsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,493 mlrd. manat və ya 24,7% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi