Yuxarı

Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda problemli kreditlər cüzi artıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 710,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 5,2% artıb, ötən il iyunun 1-nə nisbətən isə 1,7% azalıb.

Mayın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,3% təşkil edib. Bu nisbət aprelin sonuna 14,5%, ötən ilin sonuna 13,8%, ötən il mayın sonuna isə 11,8% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi