Yuxarı
    Bağlamaq

    Azərbaycanda problemlə üzləşən sistem əhəmiyyətli banklara kömək göstəriləcək - YENİLƏNİB

    Bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur

    İlk xəbər saat 13:18-də verilib

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur. “Report”un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bugünkü plenar iclasında çıxışında bildirib.

    "Bu mexanizm 3 mühüm elementi özündə əks etdirir. Bu, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması, bankların likvidlik problemləri və ümumi sistem xarakterli risklərin həll olunmasıdır", - deyə R.Aslanlı qeyd edib.

    Onun sözlərinə görə, ilk növbədə sistem əhəmiyyətli bankların meyarları müəyən olunacaq: "Bu banklar üçün xüsusi tənzimləmə mexanizmi müəyəyn olunacaq. Əgər onlar müəyyən problemlə üzləşərsə, hökumət və Mərkəzi Bankın köməyi olacaq".

    ***

    "İkincisi, sistem əhəmiyyəti daşımayan orta və kiçik banklarda qısamüddtəli likvidlik problemi yarana bilər. Bu zaman Nəzarət Palatası həmin banklara qısamüdtəli likvidliyi təmin etmək üçün Mərkəzi Bankın İdarə Heyətinə müraciət edəcək. İdarə Heyəti iki gün müddətində təklifə baxıb araşdırdıqdan sonra qərar verəcək. Əgər mənfi qərar verərsə, hökumət həmin bankların dayanıqlığını təmin etmək üçün əlavə tədbirlər görəcək", - deyə R.Aslanlı bildirib.

    İşçi qrupu rəhbəri əlavə edib ki, üçüncüsü, sistem xarakterli problemlərlə əlaqədar maliyyə sistemində böyük sayda institutla əlaqədar problem varsa, Palata hökumətə müraciət edəcək və hökumət Maliyyə Nazirliyi qismində, Mərkəzi Bank və Palata ilə birlikdə sistem problemlərinin dərinliyini müəyyən edəcək. Hər bir hala uyğun konkret sağlamlaşdırma proqramı hazırnayacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi