Azərbaycanda POS-terminalların sayı yaxın 4 ayda 16% artırılacaq

Azərbaycanda POS-terminalların sayı yaxın 4 ayda 16% artırılacaq Azərbaycan I Avropa Oyunlarına qədər POS-terminalların sayı 95 minə çatdıracaq
Maliyyə
9 Fevral , 2015 13:05
Azərbaycanda POS-terminalların sayı yaxın 4 ayda 16% artırılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qədər ölkədəki POS-terminalların ümumi sayı 16% artırılaraq 95 minə qədər artırılacaq. "Report" xəbər verir ki, bunu vergilər nazirli Fazil Məmmədov bu gün Bakıda keçirilən IV Vergi Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

Nazir Mərkəzi Bank daxil olmaqla bir sıra banklarla birlikdə işlərin davam etdirildiyini açıqlayıb: "Hazırda ölkədə 82 mindən çox POS-terminal quraşdırılıb. Bu terminallar nağdsız ödənişlərin genişləndirilməsi üçün yaxşı zəmin yaradıb. Avropa Oyunlarına kimi POS-terminalların sayını 95 minə çatdıracağıq".

Son xəbərlər

Orphus sistemi