Yuxarı

​Azərbaycanda POS-terminalların sayı azalır

Azərbaycanda hər 130 nəfər əhaliyə bir POS-terminal düşür

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin fevral ayı ərzində POS-terminalların ümumi sayı 1,53% və ya 1 202 ədəd azalaraq martın 1-nə 77 250 ədəd təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 3 051 ədəd və ya 3,8% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,27% və ya 209 ədəd artım müşahidə olunub. Mövcud POS-terminalların 44 712 ədədi və ya 57,9%-i Bakıda, 42,1%-i və ya 32 538 ədədi regionlarda yerləşir.

Qeyd edək ki, 2016-cı il martın 1-nə əsasən, ölkədə hər 130 nəfərə bir POS-terminal düşüb. Əvvəlki ayda isə bu göstərici 120 nəfər/terminal olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi