Yuxarı
    Bağlamaq

    Azərbaycanda POS-terminallar azalmağa davam edir

    Ölkədə hər 140 nəfərə bir POS-termianl düşür

    Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan POS-terminalların sayı aylıq 444 ədəd azalaraq cari il iyunun 1-nə 70 714 ədəd təşkil edib.

    "Report" Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə isə 1 632 ədəd azalma qeydə alınıb. POS-terminalların 39 708 ədəd və ya 56,6%-i paytaxt Bakı şəhərinin payına düşüb. Paytaxtda bir ayda 128 ədəd POS-terminal azalıb. Cari il iyunun 1-nə əsasən ölkədə hər 140 nəfərə bir POS-terminal düşüb. 

    Qeyd edək ki, ölkədə POS-terminalların sayında azalma 2016-cı il dekabr ayından başlayıb və azalma hər ay ardıcıl olaraq davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi