Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 26,2 mlrd. manata bərabər olub.
Maliyyə
11 Oktyabr , 2018 12:20
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 26,2 mlrd. manata bərabər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 13 133,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 024,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1% və 3,3% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi