Azərbaycanda özəlləşdirmədən daxilolmalar üzrə proqnoz 20% azaldılıb

Azərbaycanda özəlləşdirmədən daxilolmalar üzrə proqnoz 20% azaldılıb Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 80 mln. manat məbləğində nəzərdə tutulub.
Maliyyə
30 Oktyabr , 2018 15:56
Azərbaycanda özəlləşdirmədən daxilolmalar üzrə proqnoz 20% azaldılıb
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ 2019-cu il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 80 mln. manat məbləğində nəzərdə tutulub.

Bu barədə “Report” Hesablama Palatasının gələn ilin büdcə layihəsi ilə bağlı rəyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, 2017-ci ilin müvafiq icra göstəricisindən 26,463 mln. manat, yaxud 24,9%, 2018-ci ilin proqnoz göstəricisindən isə 20 mln. manat, yaxud 20% azdır.

2019-cu ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi daxili borclanmadan və Avropa Birliyinin qrantından daxilolmalar üzrə vəsait nəzərdə tutulmayıb.

2019-cu il dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş izahata əsasən, növbəti ildə xaricdən cəlb edilmiş kreditlər (1 695,6 mln. manat) dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək.

2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına 2019-cu il dövlət büdcəsi kəsirinin 87 mln. manatının maliyyələşdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi