Azərbaycanda özəl kredit bürolarının yaradılmasına dair müzakirələr aparılıb

Azərbaycanda özəl kredit bürolarının yaradılmasına dair müzakirələr aparılıb Görüləcək işlərlə bağlı ilkin fəaliyyət planı müzakirə edilib
Maliyyə
16 Avqust , 2016 15:42
Azərbaycanda özəl kredit bürolarının yaradılmasına dair müzakirələr aparılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda özəl kredit bürolarının yaradılması ilə əlaqədar müzakirələr aparılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı ilkin fəaliyyət planı müzakirə edilib. 

"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, iclas zamanı bu bürolarla bağlı beynəlxalq təcrübəyə dair İFC tərəfindən təqdimat keçirilib. Həmçinin, iclasda gündəlikdə olan digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi