Azərbaycanda özəl kredit bürolarının yaradılması ilə bağlı daha bir görüş keçirilib

Azərbaycanda özəl kredit bürolarının yaradılması ilə bağlı daha bir görüş keçirilib Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi bununla bağlı görüş keçirib
Maliyyə
19 Avqust , 2016 13:49
Azərbaycanda özəl kredit bürolarının yaradılması ilə bağlı daha bir görüş keçirilib

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və qurumun icraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri və Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edən və eyni zamanda onların əsas səhmdarı olan "Creditinfo Group" (İsveç) təşkilatının nümayəndələri ilə görüşüb. Bu barədə "Report" ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Azərbaycanda həmin büroların yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilib. Eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi