Azərbaycanda ötən il vergi daxilolmaları 1,5% azalıb

Azərbaycanda ötən il vergi daxilolmaları 1,5% azalıb Azərbaycanda ötən il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7,015 mlrd. manat ödənilib
Maliyyə
12 Yanvar , 2017 17:37
Azərbaycanda ötən il vergi daxilolmaları 1,5% azalıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycanda vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 7 015 165,4 min manat vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş illik tapşırıq tam həcmdə yerinə yetirilib. Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu, 2015-ci illə müqayisədə 103 031,3 min manat yaxud 1,45% azdır.

Hesabat dövrü ərzində ölkə üzrə 145 874 yeni vergi ödəyicisi qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi