Yuxarı
    Bağlamaq

    Azərbaycanda ötən il dövlət lotereyalarında 21 "Cek Pot" udulub

    Azərlotereya keçən il lotereyadan 27,7 mln. manat qazanıb

    Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il "Azərlotereya" ASC tərəfindən keçirilən lotereya oyunları üzrə ümumilikdə 26 913 153 bilet satılıb. 

    "Report" İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, 2015-ci ildə lotereya biletlərinin satışından 27 684 254 manat vəsait əldə olunub. Bu vəsaitin 17 997 972 manatı uduş fonduna sərf olunub ki, bu da satış həcminin 65%-ni təşkil edib.

    Eyni zamanda, 2015-ci ildə şirkət tərəfindən keçirilən lotereya oyunlarında 156 avtomobil və 21 "Cek Pot" (1 562 630 manat) udulub. Bu "Cek Pot"lardan ən iri məbləğlər "5/36" lotereyasının 1253-cü tirajında (205 370 manat), "6/40" lotereyasının 825-ci tirajında (159 305 manat) və "Super Loto"nun 118-ci tirajında (196 000 manat) qazanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi