Azərbaycanda ötən il 80 mlrd. manatlıq ÜDM istehsal olunub

Azərbaycanda ötən il 80 mlrd. manatlıq ÜDM istehsal olunub Bakı. 21 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2017-ci illə müqayisədə 1,4% artaraq 79 797,3 mln. manata çatıb.
Maliyyə
21 Yanvar , 2019 17:54
Azərbaycanda ötən il 80 mlrd. manatlıq ÜDM istehsal olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2017-ci illə müqayisədə 1,4% artaraq 79 797,3 mln. manata çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən il əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 8 126,2 manat və yaxud 4 780,1 ABŞ dolları təşkil edib.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,8%, neft sektorunda isə 0,6% artıb.

ÜDM-in 44,2%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,0%-i tikintidə, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15%-i digər sahələrdə formalaşıb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi