Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8076 müqavilə bağlanılıb

Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8076 müqavilə bağlanılıb Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib
Maliyyə
4 Avqust , 2017 15:34
Azərbaycanda ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8076 müqavilə bağlanılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8076 sığorta müqaviləsi bağlanılıb.

“Report” İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 282 916 manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6 062-i yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1 999-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi